E-mail: info@certus.az

Ünvan

AZ1029, Bakı, Ə.Qayıbov 1222/22

about image

CERTUS” MMC akkreditə edilmiş kompleks sertifikatlaşdırma, inspeksiya, texniki nəzarət, gömrük, mühəndislik və məsləhət xidmətləri göstərən sertifikatlaşdırma orqanıdır. Şirkətimiz məhsul və xidmətlər üçün müxtəlif növlü uyğunluq sertifikatlarının verilməsi, idarəetmə sistemlərinin, işçilərin sertifikatlaşdırılması, təhlükəsizliyi, keyfiyyəti və uyğunluğu təmin etmək məqsədilə müxtəlif inspeksiyaların və texniki nəzarətin həyata keçirilməsi. sınaq və testlərin aparılması, müxtəlif növlü gömrük, mühəndislik və məsləhət xidmətlərinin yerinə yetirilməsini həyata keçirir.

Şirkətimizin əsas məqsədi istehsalçıların məhsullarının beynəxalq bazara çıxarılmasına kömək etmək (bax: beynəlxalq sertifikatlarımızın icmalı), idxal və istehsal olunan məhsulların keyfiyyətinə əmin olaraq insanlarımızın keyfiyyətli məhsullardan istifadə etməsinə şərait (zəmanət) yaratmaqdır (bax: məhsulların sertifikatlaşdırılması, xidmətlərin sertifikatlaşdırılması)

Eləcə də, biz yerli və beynəlxalq standartlara əsaslanaraq öz müştərilərimizin məhsul və xidmətlərinin keyfiyyətinin artırılması, idarəetmə keyfiyyəti və mükəmməlliyinin təmin olunması, işçilərinin kvalifikasiyasının artırılması, təhlükəsizliyin, keyfiyyətin və uyğunluğun təmin edilməsi məqsədilə xidmətlərimizi ən yüksək şəkildə çatdırmağa çalışırıq.

Biz təklif etdiyimiz həlləri həmişə müştərimizin digər şirkətlərdən öndə olmasına yönəldirik.

Buna nail olmaq üçün, biz idarəçiliyimizi aşağıdakı əsas prinsiplər üzərində qururuq:

  • Norma və standartlara tam riayət və keyfiyyət yönümlülük;
  • Müştəri yönümlülük;
  • Peşəkarlıq;
  • Etibarlılıq və şəffaflıq;
  • Davamlı inkişaf və yenilikçilik;

Bizə görə təqdim etdiyimiz sertifikat ən yüksək keyfiyyət nişanıdır. Heç bir halda, müvafiq standartlara və keyfiyyət meyarlarına tam uyğun gəlməyən predmetlərlə bağlı bizim tərəfimizdən sertifikatlaşdırmanın həyata keçirilməsi mümkün deyildir. Digər hallarda şirkətimiz üçün müştərinin istəkləri bizim əsas prioritetlərimizdir.

Fəaliyyətimizdə "müştəri məmnuniyyəti" prinsipini üstün tutduğumuza görə biz müştərilərimiz üçün hər zaman əlavə dəyər yaratmağa çalışırıq.​ Bu məqsədlə, şirkətimiz öz müştərilərini və partnyorlarını bir ekosistemdə toplayaraq onların "CERTUS" çətiri altında bir-birlərindən faydalanmalarına şərait yaradır. (bax : partnyor ekosistemi)

Şirkətimizin əsas məqsədlərindən biri müştərinin biznesinin effektivliyinin artırılmasından ibarətdir. Buna görə də, CERTUS-u seçdikdə, Siz uğurunuz naminə çalışan etibarlı mütəxəssislər komandasını seçirsiniz.

“CERTUS” MMC müştərilər haqda məlumatların məxfiliyi və qərəzsizliyi təmin edir.

certus