E-mail: info@certus.az

Ünvan

AZ1029, Bakı, Ə.Qayıbov 1222/22

Audit və inspeksiya xidmətləri

Audit və inspeksiya xidmətləri

Şirkətimiz müştərilərinin təhlükəsizliyini, əməliyyatlarının keyfiyyətini təmin etmək məqsədi ilə müxtəlif növ audit və inspeksiya xidmətlərini həyata keçirir.

Audit və inspeksiya xidmətlərimiz hədəflədiyiniz yüksək standartlara uyğun gələn məhsul və xidmətləri istehsal etməyinizə şərait yaradır. Bu eyni zamanda müxtəlif coğrafi bölgələr və bazarlar üzrə keyfiyyət, təhlükəsizlik və ətraf mühit ilə əlaqəli kompleks normativ tələblərə uyğun fəaliyyət göstərməyinizə şərait yaradır.

Audit və inspeksiya xidmətlərimiz fəaliyyətinizdəki xətaları mümkün olan ən erkən mərhələdə müəyyən edərək bu xətaların istehsalınıza və eləcə də digər biznes proseslərinizə mənfi təsirinin qarşısının alınmasına və vaxtında zəruri tədbirlər görmənizə şərait yaradır. Bu da əməliyyat effektivliyinizə və şirkətin marka dəyərinə mənfi təsir göstərəcək risklərin azaldılması deməkdir.

Audit və inspeksiya xidmətlərimizdə biz tərəfdaşı olduğumuz sektor lideri olan qlobal şirkətlərin də dəstəyi ilə sizə dərin təcrübə, ən son texnoloji həllər və qlobal şəbəkə təqdim edirik. Nəticədə sizə ən yüksək standartlara cavab verən keyfiyyət təminatı təklif edirik.

certus