E-mail: info@certus.az

Ünvan

AZ1029, Bakı, Ə.Qayıbov 1222/22

Satınalma üzrə keyfiyyət tərəfdaşlığı

Satınalma üzrə keyfiyyət tərəfdaşlığı

Certus, müştərilərin istehsal etdiyi məhsul və xidmətlərinin keyfiyyətinin təmin olunması, eləcə də əməliyyat effektivliklərinin artırılması məqsədi ilə yerli ekspert komandamız, eləcə də aid olduğumuz qlobal şəbəkənin dəstəyi ilə tədarükçü qiymətləndirmə xidmətlərini həyata keçirir. Bu xidmət çərçivəsində şirkətimiz tədarükçülərin liderlik və keyfiyyət öhdəliyi, proses və məhsul dizayn keyfiyyəti, təchizatçı keyfiyyətinin idarə edilməsi, istehsal keyfiyyətinin idarə edilməsi, müştəri keyfiyyətinin idarə edilməsi, davamlı təkmilləşdirmə, insan/əmək, təhlükəsizlik və ətraf mühit kimi meyarlar üzrə beynəlxalq standartlar və digər normativ sənədlər əsasında qiymətləndirilməsini icra edir. Aid olduğumuz beynəlxalq şəbəkə sayəsində xarici ölkələrdən olan tədarükçülərin də ölkə xaricində qiymətləndirilməsini həyata keçirir və müştərilərimizin daha uyğun tədarükçülərlə işləməsini təmin edirik.

Satınalma üzrə keyfiyyət tərəfdaşlığı

certus