Şirkətimiz tərəfdaş olduğu beynəlxalq və yerli laboratoriyalar vasitəsi ilə beynəlxalq, dövlətlərarası və milli standartların (AZS ISO IEC 17025:2020) tələblərinə uyğun olaraq, məhsulların sınağını həyata keçirərək, xüsusi avadanlıq və cihazlardan istifadə etməklə keyfiyyət göstəricilərinin təyin edilməsi xidmətlərini öz müştərilərinə təqdim edir. Sınaq laboratoriyaları öz fəaliyyətində akkreditasiya sahəsinə uyğun olan beynəlxalq və yerli metodlardan istifadə edərək, təqdim olunan məhsulun fiziki-mexaniki və fiziki-kimyəvi sınaqlarını apararaq, sınaq protokolları ilə rəsmiləşdirir.