E-mail: info@certus.az

Ünvan

AZ1029, Bakı, Ə.Qayıbov 1222/22

Təqaüd proqramları

Təqaüd proqramları

CERTUS şirkəti xüsusi bacarıqlara, istedada sahib olan tələbələrin həvəsləndirilməsi və inkişaf etmələrini təmin etmək məqsədilə həmin tələbələr üçün təqaüd proqramları təklif edir. Təqaüdün həcmi tələbə ilə individual müsahibədən sonra müəyyənləşdirilir.

Təqaüd əldə etməyə namizəd olan şəxslər xüsusi axtarış üsulları və ciddi referanslar vasitəsi ilə müəyyən edilir.

Təqaüd verəcəyimiz şəxslərdən olan gözləntilərimiz aşağıdakılardır :

  • Dərs qiymətlərinin qənaətbəxş olması və sahəsi üzrə qaneedici biliklərin mövcudluğu
  • Güclü öyrənmə qabiliyyəti və öyrənməyə qarşı həvəs
  • Məsuliyyət və intizam
  • Dürüstlük və etik yetərlilik
  • Liderlik potensialı

Gözləntilərimizi qarşılamaq şərti ilə təqaüd proqramlarında şəhid ailələrinin üzvlərinə və ya vətən müharibəsi iştirakçılarına üstünlük verilir.

certus