Müasir dövrdə işçilər təşkilatın onurğa sütununu təşkil edir və hər bir təşkilatın effektivliyi, rəqabət qabiliyyəti işçilərinin səriştəsi ilə birbaşa əlaqədardır. Təşkilatlara səriştəli işçilər lazımdır. İşçi təşkilatda səriştəli bir şəxs kimi formalaşır. Səriştəli işçilərin şirkətə faydaları çoxdur. Səriştəli işçilər ilk öncə təşkilatın performans gözləntilərini bilir və bu gözləntiləri qarşılamaq üçün lazımi bilik, bacarıq, qabiliyyət və təcrübəyə sahibdirlər. Belə işçilər onlara verilən tapşırıqları yüksək səviyyədə, effektiv şəkildə icra edirlər. Səriştəli işçilər insan kapitalı rolunu oynayaraq şirkətin maliyyə və vaxt resurslarından səmərəli istifadə edirlər. Nəticədə səriştəli işçilər təşkilata maddi və mənəvi dəyər qatırlar.
İşçilərin səriştəsini artırmaq, onlardan gözlənilən nəticələri əldə edə bilmək, onları lazımi performans səviyyəsinə çatdıra bilmək üçün təşkilatlar öz heyətini mütəmadi təlimləndirməli və effektiv idarə etməlidir. Bu baxımdan personalın (heyətin) sertifikatlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu proses təşkilata öz işçilərinin mövcud səriştə səviyyəsini müəyyən etməyə və onu artımağa imkan verir.
Heç təsadüfi deyil ki, inkişaf etmiş təşkilatlar və inkişaf etmiş iqtisadiyyatlar işçilərin təhsil, təlim və inkişaflarına iri həcmdə vəsait ayırırlar. Amerikanın nüfuzlu İstedad İnkişafı Assosiasiyasının (ATD) statistikasına əsasən şirkətlərin işçi başına orta illik təlim xərcləri 1.252 $ təşkil edir.
Məhz bu səbəbdən, istər Azərbaycanda, istərsə də digər ölkələrdə təlim şirkətlərinin və öyrənmə portallarının sayı durmadan artır. Təlim şirkətlərinin sayının çox olması rəqabəti artırmaqla keyfiyyətə müsbət təsir göstərməklə yanaşı seçim etməkdə çətinlikləri də yaradır. Bu baxımdan biz təlim provayderi axtaran şəxslər və təşkilatlara düzgün seçim edə bilmələri üçün yerli və ya beynəlxalq orqanlar tərəfindən akkreditasiya edilmiş rəsmi personalın sertifikatlaşdırılması üzrə orqanlara müraciət etmələrini tövsiyə edirik.
Nəzərinizə çatdırmaq istəyirik ki, şirkətimiz bütün dünyada geniş tətbiq olunan ISO 17024:2017 beynəlxalq standartına uyğun olaraq personalın sertifikatlaşdırılması həyata keçirilir. Prosesin yekununda sertifikatlaşdırılma sxemləri əsasında imtahan vasitəsilə heyətin öz peşə faəliyyəti üzrə bilik bacarıqları, onları nümayiş etdirmək və inkişaf imkanları aşkara çıxarılır. İmtahanlar hər vəzifə və peşə üzrə müəyyən edilmiş meyarlar əsasında aparılır.
Yuxarıda qeyd etdiyimiz kimi, personalın sertifikatlaşdırılması təşkilata öz işçilərinin mövcud səriştə səviyyəsini müəyyən etməyə və onu artımağa imkan verir.
CERTUS şirkətinin “Təlim-Tədris Mərkəzi” beynəlxalq standartlar əsasında personalın sertifikatlaşdırılması və müvafiq təlimlərin keçirilməsini təşkil edir.