Asfalt-beton Sınaq laboratoriyasında akkreditasiya sahəsinə uyğun olaraq aşağıdakı sınaqlar aparılır:
- Asfaltbeton qarşığının temperaturunun təyini.
- Asfaltbeton qarşığının tərkibinin təyini (Ekstrasiya testi)
- Asfaltbeton qarşığından nümunənin (Marşalın) hazırlanması.
- Nümunənin orta sıxlığının təyini.
- Nümunənin qalıq məsaməliyinin təyini.
- Marşall stabilliyi-kN təyini.
- Axıcılıq həddi-mm təyini.
- Asfaltbeton qarşığının həqiqi sıxlığının təyini.
- Asfaltbetondan nümunə (Kern) götürməklə kipləşməsinin, orta sıxlığının və qalınlığının təyini (φ 50, φ 100, φ 150)
- Troxler cihazı vasitəsi ilə (Model 2701-B) asfaltbeton yolunu zədələmədən kipləşməsinin təyini.
- Asfaltbetonun alt hissəsinin (Qrunt) kipləşməsinin deflektometrlə (ZFG-2000) təyini.
- 3 metrəlik xətkeş ilə asfaltbeton örtüyünün səthi düzlüyünün təyini.
- Qırmadaşın fraksiya tərkibinin təyini (ələk analizi), doğranmış dənələrin %-lə miqdarının təyini, yastı və iynəvari dənələrin təyini və s.
- Qumun qrupunun və sinifinin təyini, tozvari və gil hissəciklərinin miqdarının təyini, yumurlanmış gil miqdarının təyini, nəmliyin təyini və s.
- Beton kub nümunələrinin sıxılmada möhkəmliyinin təyini, beton qarışığının orta sıxlığının təyini, betonun su udmasının təyini, betonun nəmliyinin təyini və s.