Akustik emisiya testi çənlərin, boruların, eləcə də digər sənaye qurğu və avadanlıqlarının səs impulsları vasitəsi ilə dağıdıcı olmayan test metodudur. Bu metod hal-hazırda dünyada ən optimal və qabaqcıl praktika hesab edilir.
Çənlərin istismar zamanı müəyyən müddətdən sonra inspeksiya edilməsi təkrar sınaqdan keçirilməsi əməliyyatların bütövlüyü və təhlükəsizlik səviyyəsi baxımından olduqca vacibdir. Belə ki, ağır əməliyyat şəraiti, aşkar edilməmiş istehsal qüsurları və ya mühafizə sistemlərinin aşkar edilməmiş nasazlığı çənlərin struktur bütövlüyünə təsir göstərir. Bu baxımdan, akustik emissiya testi (AET) dünyada çənlərin, boruların, eləcə də digər sənaye qurğu və avadanlıqların təhlükəsiz və qənaətcil işləməsinə imkan yaratmaq üçün çox təsirli bir sınaq üsulu olduğunu sübut edir.
Şirkətimiz öz mühəndis heyəti, qlobal partnyorları və son nəsil mühəndis-texniki avadanlıqları ilə sənaye müəssisələrində innovativ akustik emisiya metodu ilə çənlərin, boruların, qurğu və avadanlıqların EN 12817:2019 və EN 12819:2019 texniki standartlarına uyğun olaraq sınağını həyata keçirir.
Akustik emissiya testimizin üstün tərəfləri aşağıdakı kimidir :
- Akustik emisiya testi istehsal prosesi dayandırılmadan və çənlər boşaldılmadan icra edilir.
- Çənlər üçün daxili yoxlama yüksək riskli fəaliyyət hesab edilir. Akustik emissiya testi isə çən daxili yoxlamalara ehtiyac olmur.
- Yeraltı və yerüstü, hətta sualtı obyektlərə tətbiq edilə bilinir.
- Digər NDT sınaq üsullarına nisbətən qüsurların aşkarlanması nisbəti yüksəkdir.
- Məhsulu çəndən çıxarmağa və çəni təmizləməyə ehtiyac olmadan bir gündə sınağın aparılması, gözləmə vaxtlarını azaldır və ümumilikdə qənaətcil həll yolu hesab edilir.
- Hidrostatik test üçün istifadə olunan su təhlükəli tullantı hesab olunur və xüsusi qurğularda utilizasiya edilməlidir. Bundan əlavə, qalıq rütubət daxili korroziyaya səbəb ola və ya əlavə problemlər yarada bilər. Akustik emissiya testi isə çənin boşaldılmasını və ya təmizlənməsini tələb etmir.
- Xətaların koordinatları, çat, korroziya kimi lokal qüsurlar asanlıqla müəyyən edilir.
- Əgər çən ciddi zədə alıbsa akustik emissiya ilə təzyiqin monitorinqi çənin faktiki vəziyyəti ilə bağlı onlayn məlumat verir və beləliklə, sınaq operatoruna testi təhlükəsiz şəkildə dayandırmağa və beləliklə ciddi qəzaların yaranmasının qarşısını alır.