E-mail: info@certus.az

Ünvan

AZ1029, Bakı, Ə.Qayıbov 1222/22

about image

CERTUS” MMC (VÖEN : 2006359371)  akkreditə edilmiş kompleks sertifikatlaşdırma, inspeksiya, sınaq və laboratoriya, texniki nəzarət, gömrük, mühəndislik, təlim, audit və məsləhət xidmətləri göstərən sertifikatlaşdırma orqanıdır. Şirkətimiz məhsul və xidmətlər üçün müxtəlif növ uyğunluq sertifikatlarının verilməsi, idarəetmə sistemlərinin və işçilərin sertifikatlaşdırılması, təhlükəsizlik, keyfiyyət və uyğunluğu təmin etmək məqsədilə müxtəlif inspeksiyaların və texniki nəzarətin həyata keçirilməsi, sınaq və testlərin aparılması, müxtəlif növ gömrük, mühəndislik, təlim, audit və məsləhət xidmətlərinin yerinə yetirilməsini həyata keçirir.

Şirkətimizin missiyası müştərilərimizin dəyər zənciri üzrə keyfiyyət təminatı və əməliyyat effektivliyini təmin etmək, bütün  biznes prosesləri üzrə beynəlxalq təcrübəyə, beynəlxalq və yerli standartlara, yerli qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməkdir.

Şirkətimizin əsas məqsədi istehsalçıların məhsullarının beynəxalq bazara çıxarılmasına kömək etmək (bax: beynəlxalq sertifikatlarımızın icmalı), idxal və istehsal olunan məhsulların keyfiyyətinə əmin olaraq insanlarımızın keyfiyyətli məhsullardan istifadə etməsinə şərait (zəmanət) yaratmaqdır (bax: məhsulların sertifikatlaşdırılması, xidmətlərin sertifikatlaşdırılması)

Şirkətimiz Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS ISO 17065-2014 "Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatıaşdırılması üzrə orqanlara olan tələblər" standartına uyğun akkreditasiya olunmuşdur və uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. 

Biz beynəlxalq və yerli standartlara əsaslanaraq öz müştərilərimizin məhsul və xidmətlərinin keyfiyyətinin artırılması, idarəetmə keyfiyyəti və mükəmməlliyinin təmin olunması, işçilərinin səriştəsinin artırılması, təhlükəsizliyin, keyfiyyətin və uyğunluğun təmin edilməsi məqsədilə ən yüksək səviyyədə xidmət göstəririk. 

Şirkətimiz mühəndislik, keyfiyyət və sertifikatlaşdırma sahəsində dünya üzrə tanınmış və yüksək nüfuza sahib, qabaqcıl şirkətlərdən olan TÜV Nord qrupunun Azərbaycanda rəsmi partnyorudur. 

Biz təklif etdiyimiz həlləri həmişə müştərimizin digər şirkətlərdən öndə olmasına yönəldirik.

Buna nail olmaq üçün, biz idarəçiliyimizi aşağıdakı əsas prinsiplər üzərində qururuq:

  • Norma və standartlara tam riayət və keyfiyyət yönümlülük;
  • Müştəri yönümlülük;
  • Peşəkarlıq;
  • Etibarlılıq və şəffaflıq;
  • Davamlı inkişaf və yenilikçilik.

Sertifikatımız ən yüksək keyfiyyət nişanıdır. Heç bir halda, müvafiq standartlara və keyfiyyət meyarlarına tam uyğun gəlməyən predmetlərlə bağlı bizim tərəfimizdən sertifikatlaşdırmanın həyata keçirilməsi mümkün deyildir. Digər hallarda şirkətimiz üçün müştərinin istəkləri bizim əsas prioritetlərimizdir.

Biz fəaliyyətimizdə "müştəri məmnuniyyəti" prinsipini üstün tutaraq müştərilərimiz üçün hər zaman əlavə dəyər yaradırıq.​ Bu məqsədlə, şirkətimiz öz müştərilərini və partnyorlarını bir ekosistemdə toplayaraq onların "CERTUS" çətiri altında bir-birindən faydalanmasına şərait yaradır. (bax: partnyor ekosistemi)

Şirkətimizin əsas məqsədlərindən biri müştərinin biznesinin effektivliyinin artırılmasıdır. Buna görə də, Siz CERTUS-u seçdikdə, sizin uğurunuz naminə çalışan etibarlı mütəxəssislər komandası ilə əməkdaşlıq edirsiniz.

“CERTUS” MMC müştəriləri ilə bağlı məlumatların məxfiliyini və qərəzsizliyini təmin edir.

certus