Gömrük rəsmiləşdirilməsi idxal yaxud ixrac olunan istənilən mal və nəqliyyat vasitəsinin, həmçinin gömrük prosedurunun dəyişdirilməsi ilə əlaqədar həyata keçirilən rəsmi gömrük qeydiyyatıdır. Gömrük rəsmiləşdirilməsinə gömrük bəyannəmsinin tərtibi, yük müşayiəti sənədləri, sertifikat, aidiyyatı icazə sənədlərinin alınması və gömrük rüsumunun ödənilməsi daxildir. Gömrük bəyannamələri aşağıdakı gömrük prosedurları zamanı tərtib edilir :
- İdxal əməliyyatı;
- İxrac əməliyyatı;
- Müvəqqəti idxal;
- Müvəqqəti ixrac;
- Təkrar idxal;
- Təkrar ixrac;
- Müvəqqəti saxlanc;
- Tranzit