Şirkətimiz öz müştərilərinə yüksək dərəcəli idarəetmə və biznes konsaltinq xidmətləri göstərir. Biz hər müştərinin fərdi tələblərini qarşılamaq, menecment mükəmməlliyini təmin etmək, müəssisə performansını artırmaq və müştərinin əlavə gəlir əldə etməsi üçün hazırlanmış geniş sahəli strateji konsaltinq xidmətlərini təklif edirik. Biznes, strategiya, investisiya, biznes proseslər, istedad, əməliyyatlar, maliyyə təminatı, layihə idarəçiliyi və s. sahələrdə strateji məsləhətlər və bələdçilik təmin edirik.
Menecment konsaltin üzrə məsləhət xidmətlərimizin fəaliyyət sahəsinə aşağıdakılar aiddir :
- Korporativ idarəetmə, daxili kontrol və risklərin idarə olunması
- Strategiya və korporativ performans
- Strateji maliyyə və büdcənin idarə olunması
- Xərclərin optimallaşdırılması
- İnsan və təşkilat, strateji istedadın idarə olunması
- Biznes proseslərin yenidən mühəndisliyi, proses mədənçiliyi və optimallaşdırılması
- Əməliyyatların idarə olunması