“CERTUS”MMC müştərilərimizin istehsal etdiyi məhsul və xidmətlərin keyfiyyətinin təmin olunması, həmçinin onların əməliyyat effektivliyinin artırılması məqsədi ilə yerli ekspert komandamız, eləcə də aid olduğumuz qlobal şəbəkənin dəstəyi ilə tədarükçülərin qiymətləndirməsi xidmətlərini həyata keçirir.
Bu xidmət çərçivəsində şirkətimiz tədarükçülərin liderlik və keyfiyyət öhdəliyi, proses və məhsulun dizayn keyfiyyəti, təchizatçı keyfiyyətinin idarə edilməsi, istehsal keyfiyyətinin idarə edilməsi, müştəri keyfiyyətinin idarə edilməsi, davamlı təkmilləşdirmə, insan/əmək, təhlükəsizlik və ətraf mühit kimi meyarlar üzrə beynəlxalq standartlar və digər normativ sənədlər əsasında qiymətləndirilməsini həyata keçirir.
Aid olduğumuz beynəlxalq şəbəkə sayəsində xarici ölkələrdən olan tədarükçülərin də ölkə xaricində qiymətləndirilməsini yerinə yetirir və müştərilərimizin daha uyğun tədarükçülərlə işləməsini təmin edirik.