E-mail: info@certus.az

Ünvan

AZ1029, Bakı, Ə.Qayıbov 1222/22

Azərbaycanda məhsul sertifikatlaşdırılması (AZS)

Azərbaycanda məhsul sertifikatlaşdırılması (AZS)

Azərbaycan Respublikasında məhsul sertifikatlaşdırılması AZS milli sertifikatlaşdırma sistemi əsasında aparılır

AZS uyğunluq sertifikatı müvafiq məhsulun tələb olunan normativ, texniki tələb və standartlara cavab verməsini göstərən beynəlxalq səviyyəli rəsmi sənəddir. Ölkəmizdə bu tip uyğunluq sertifikatlarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak bazarına nəzarət dövlət xidmətininin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditə edilmiş qurumlar verə bilər.

İstehsal olunan məhsulun qabaqcadan müəyyən edilmiş sınaqlardan keçdiyinə, həm texniki, həm də təhlükəsizlik tələblərinə cavab verdiyinə əmin olmaq üçün AZS nişanlı uyğunluq sertifikatı alıcı tərəfindən tələb oluna bilər.

Xaricdə sertifikatların və uyğunluq nişanlarının tanınmasını təmin etmək üçün AZS Milli sertifikatlaşdırma sistemi qüvvədə olan norma və qaydalara uyğun qurulur və fəaliyyət göstərir, həm də beynəlxalq, regional və digər ölkələrin Milli sertifikatlaşdırma sistemləri ilə qarşılıqlı əlaqədə işləyir.

AZS Milli sertifikatlaşdırma sistemi xarici sertifikatlaşdırma sistemləri kimi, istehlakçıların, ictimai təşkilatların, sertifikatlaşdırma üzrə orqanların, sınaq laboratoriyalarının, həmçinin bütün digər marağı olan müəssisə və təşkilatların, ayrı-ayrı şəxslərin, sistemin fəaliyyəti, o cümlədən onun qaydaları, sistemin iştirakçıları, akkreditasiya və sertifikatlaşdırmanın nəticələri haqqında informasiyadan sərbəst istifadə etməsini nəzərdə tutur. Kommersiya sirri olan informasiyanın məxfiliyi təmin olunur.

Milli sertifikatlaşdırma sisteminin rəsmi dili — Azərbaycan dilidir. Sistem çərçivəsində istifadə olunan, qeydiyyatdan keçirilən və verilən sənədlər (sifarişlər, protokollar, aktlar, attestatlar, sertifikatlar və s.) Azərbaycan dilində tərtib olunur. Sifarişçinin arzusu ilə xüsusi ödənclə sənədlərin nüsxələri istənilən dildə verilə bilər. 


Əvvəlki Yazı: Uyğunluq sertifikatı Növbəti Yazı: ISO sertifikatı
certus