E-mail: info@certus.az

Ünvan

AZ1029, Bakı, Ə.Qayıbov 1222/22

Gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydası

Gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydası

Azərbaycan gömrük sərhədindən keçirilən malların ayrı-ayrı kateqoriyalarının gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş formada və prioritet qaydada apanla bilər. Belə mal kateqoriyalarına təbii fəlakətlərin, qəzalann, bədbəxt hadisələrin nəticələrinin ləğv edilməsi üçün tələb olunan mallar, canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddələr, kütləvi informasiya məqsədləri üçün məlumatlar, Azərbaycan Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan mallar aid edilir.

Sadələşdirilmiş gömriik rəsmiləşdirilməsi qaydalarının tətbiqinin hal və şərtlərini Dövlət Gömrük Komitəsi müəyyən edir.

Bu cür gömrük rəsmiləşdirilməsinin xüsusiyyətlərini açıqlamağa çalışaq.

Belə malların rəsmiləşdinlmesinin prioritetliyi - gömrük orqanlarına təqdim edildikdən sonra həmin malların birinci növbədə rəsmiləşdirilməsi deməkdir.

Sadələşdirilmiş qayda mal müşayiət, nəqliyyat və diger sənədlərin (əgər bu sənədlərdə daşıyıcının, mal göndərən və alan şəxslərin barəsində və həmçinin mal alanın özünün adı, mənşəyi, miqdar və dəyər barədə məlumatlar varsa), gömrük orqanlarına təqdim edilməsi ilə malların bəyan edilməsinə yol verir.

Əgər gömriik orqanlarında malların başqa adla, saxta sənədlərlə keçirilməsini, təqdim edilən sənədlərin lazım olan məlumatları əks etdirmədiyini güman etməyə kifayət qədər əsas varsa, onlar deklaranlardan çatışmayan məlumatları əks etdirən əlavə sənədlər tələb də bilərlər (Bəzi hallarda qoyulan tələbləri özündə əks etdirən sərbəst formada yazılmış ərizə də kifayət edə bilər).

Sadələşdirilmiş qayda deklaranta xeyli vaxta qənaət etməyə imkan verir.

Mallar və nəqliyyat vasitələri ilə gömriik rəsmiləşdirilməsi üçün zəruri olan yük əməliyyatları və başqa əməliyyatlar dedikdə, malların daşınması, çəkilməsi və ya miqdanmn digər üsulla təyini, malların yüklənməsi, boşaldılması, başqa nəqliyyat vahidinə keçirilməsi, zədələnmiş qablamalann düzəldilməsi, taranın açılması, qablaşdırılması, gömrük rəsmiləşdirilməsi tələb olunan mal və nəqliyyat vasitələrinin yenidən qablaşdırılması, mal və nəqliyyat vasitələrinin ola biləcəyi bina, iri həcmli qab və digər yerlərin açılması və s, nəzərdə tutulur

Gömriik rəsmiləşdirilməsi üçün yük və digər əməliyyatların aparılması, yalnız gömrük orqanının müvafiq tələbi otduqda məcburi hesab edilir.

Əgər bu mal və nəqliyyat vasitələri barəsində gömriik rəsmiləşdirilməsi tamamlanmamışsa, yük və digər əməliyyatlar, yalmz gömrük orqanının icazəsi ilə aparıla bilər.

Belə əməliyyatlar gömrük orqanları üçün heç bir əlavə xərcə səbəb olmamalıdır.

Yüklərin gömrük ərazisinə gətirilməsi zamam gömrük rəsmiləşdirilməsi qaydası - Azərbaycan Respublikasının gömrük ərazisinə yüklərin gətirilməsi zamanı gömrük rəsmiləşdirilməsi, sərhəd stansiyasının işçiləri tərəfindən gömrük orqanının vəzifəli şəxslərinin yükün xaricdən daxil olması haqqında məlumatlandırılması ilə başlayır


Əvvəlki Yazı: Gömrük rəsmiləşdirilməsimn əsas prinsipləri Növbəti Yazı: Tranzit yüklərin gömrük rəsmiləşdirilməsi qaydası
certus