E-mail: info@certus.az

Ünvan

AZ1029, Bakı, Ə.Qayıbov 1222/22

Bəyanetmə

Bəyanetmə

Gömrük qanunvericiliyində bəyanetmə dedikdə, gömrük rəsmiləşdirilməsi icraatı və gömrük nəzarətinin həyata keçirilməsi məqsədləri ilə mal və nəqliyyat vasitələri barədə səhih məlumatların müəyyən edilmiş (şifahi, yazılı, digər) formada gömrük orqanlarına elan edilməsi başa düşülür.

Bir qayda olaraq bəyanetmə aşağıdakı əsas hallarda tələb olunur ;

  • mal və nəqliyyat vasitələri - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə;
  • malların yerləşdirildiyi gömrük rejimi bu və ya digər səbəbdən Gömrük Məcəlləsinin 27-ci maddəsinə müvafiq olaraq dəyişdirildikdə;
  • Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda (məsələn, rüsumsuz ticarət mağazası, yaxud sərbəst anbar rejimi altında yerləşdirilmiş mallar, verilmiş lisenziya geri alındıqda, yaxud ləğv edildikdə yenidən bəyan edilməlidir).

Mal ve nəqliyyat vasitələrinin boyan edilməsinin nəticələri gömrük orqanının vəzifəli şəxsləri tərəfindən aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

  • hüquq-mühafizə (qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizə);
  • vergi;
  • xarici iqtisadi fəaliyyətin inzibati tənzimlənməsi
  • gömrük sərhədində digər dövlət nəzarəti növ-lərinin təşkili (baytarlıq, fıtosanitar, ekoloji və s.);
  • xarici ticarət statistikasının aparılması və s.

Bəyanetmə gömrük tarif tənzimlənməsi mexanizmi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. İlkin gömrük tarif münasibətlərində (mal və nəq-liyyat vasitələri bilavasitə gömrük sərhədindən keçirilərkən) gömrük vergi və rüsumlarının ödənilməsi ilə bağlı öhdəliklər gömrük orqanının vəzifəli şəxsi tərəfindən gömrük bəyannaməsinin qəbul edilməsi ilə bağlıdır.

Gömrük bəyanetməsi prinsipini açıqlarkən qeyd etmək lazımdır ki gömrük qanunvericiliyi gömrük rüsumlarının və vergilərinin ödənilməsi öhdəliyini gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətindən keçirilən mal və nəqliyyat vasitələri barədə məlumatı özündə cəmləşdirən hər hansı sənədin deyil, yalnız xarici ticarət göndərişi barədə son məlumatlan özündə əks etdirən gömrük bəyannaməsinin təqdim edilməsidir Çünki deklarant bəyannamədə göstərilən məlumatların dəqiqliyinə görə mövcud qanunvericiliklə məsuliyyət daşıyır.

Gömrük bəyanetmə prinsipi o deməkdir ki, ödənilməsi gərəkən gömrük ödənişlərinin hesablanması üçün lazım olan məlumatlan malları gömrük sərhədindən keçirən şəxsin özü və ya gömrük brokeri verməlidir.

Bəyanetmedən istifadə gömrük orqanlarına mal və nəqliyyat vasitələrinə seçmə nəzarət tətbiq etməyə imkan verir və çox mürəkkəb rəsmiləşdirilmə və nəzarət prosesini sadələşdirir.


Əvvəlki Yazı: Gömrük daşıyıcısı anlayışı və hüquqi statusu Növbəti Yazı: Halal sertifikat
certus