İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri ticarət şəbəkələrində, market, mağazalar və ö cümlədən digər oxşar satış nöqtələrində aparılan müşahidələr göstərir ki, bəzi satış məntəqələrində istehlakçılara təklif olunan məhsullar ölkə ərazisində onların təhlükəsizliyinə zəmanət verən uyğunluq sertifikatı olmadan satılır.
Qanunvericiliyin tələblərinə əsasən, standartların tələblərinə uyğunluğu təsdiq edən sertifikat olmadıqda texniki tənzimləmənin şamil olunduğu xarici mənşəli istehlak mallarını satmaq və istifadə etmək qadağandır. Belə malların ölkə ərazisinə idxal edilməsi üçün idxalçı tərəfindən malın təhlükəsizliyini təsdiq edən uyğunluq sertifikatı təqdim edilməlidir.
İnzibati Xətalar Məcəlləsinə əsasən, uyğunluq sertifikatı olmayan malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 6000 manatadək cərimə tətbiq edilir.
Eyni zamanda bu cür faktlar aşkar edildiyi təqdirdə, uyğunluq sertifikatı olmayan malların idxalının qarşısının alınması məqsədilə həmin sahibkarlıq subyektləri barəsində aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırılır və onların satış həyata keçirməsinə məhdudiyyət qoyulur.
İdxalla məşğul olan sahibkarlıq subyektləri inzibati sanksiyalarla qarşılaşmamaq üçün “Azərbaycan Standartlaşdırma İnstitutu” tərəfindən akkreditə edilmiş və çox geniş fəaliyyət sahəsinə sahib "Certus" Sertifikatlaşdırma şirkətinə müraciət edə bilərlər.