Tranzit yüklərin gömrük rəsmiləşdirilməsi, sərhəd stansiyası tərəfindən belə yüklərin Azerbaycan Respublikasına daxil olması haqqında müvafiq gömrük orqanına verdiyi məlumatdan sonra başlayır.Tranzit yüklərin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş yüklər üçün müəyyən edilmiş qaydada aparılır.
Trarızit yüklərin sərhəd idxal məntəqəsindən sərhəd ixrac məntəqəsinə kimi daşınması gömrük nəzarəti altında həyata keçirilir. Tranzit yüklər müvafiq gömrük orqanında bəyan edilməlidir. Bəyanedilmə gömrük, dəmir yolu, yükün ekspeditoru və ya gömrük brokeri tərəfindən həyata keçirilə bilər.
Gömrük rəsmiləşdirilməsınin başqa çatdırılması mümkün olmayan və ya Azərbaycan Respublikasının ərazisi ilə hərəkətini mümkünsüz edən yük daşımaları Qaydalarının pozulması halları ilə daxil olmuş tranzit yüklər, sərhəd ötürmə stansiyasının işinin texnoloji prosesində nəzərdə tutulmuş müddətlərdə geri qaytarılmalıdırlar.
Tranzit yükün daşınmasının mümkünlüyü haqqında qərar qəbul edildikdən sonra, gömrük orqanının vəzifəli şəxsi tranzit bəyannaməsinin bütün nüsxələrinə istiqamətləndirici ştamp vurur. Qaiməyə və çıxış sərhəd məntəqəsində alınan yol cədvəlinin əlavə nüsxəsinə də ştamp vurulur. Tranzit yülərin daşınmasına nəzarət DGK tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Əgər yükün tranzit daşınması və ya gömrük ərazisinə gətirilməsinin qadağan olunması ehtimalı üçün kifayət qədər əsas varsa, tranzit yük gömrük orqanları tərəfindən nəql edilən yolun ixtiyari məntəqəsində yoxlanıla bilər. Belə yüklərin yoxlanılması gömrük orqanının rəisinin və ya onu əvəz edən şəxsin icazəsi ilə yoxlama aparılan stansiya¬nın işçisinin iştirakı ilə apanlır.Tranzit yükə baxış zamanı yük göndərənin {dəmir yolunun) plombu açılırsa gömrük orqanı yükə baxış aktı, dəmir yolu isə vaqonun (konteynerin) açılması aktı tərtib edirlər.Yeni plomblarm vurulması dəmiryolu işçisinin iştirakı ilə gömrük orqanlarının əməkdaşları tərəfindən həyata keçirilir. Gömrük yoxlaması zamanı gömrük orqanının və dəmir yolunun vurduğu plomblar yük göndərənin və ya göndərilmə stansiyasının plomblan ilə eyni tutulur.
Azərbaycan yüklərinin xarici dövlətlərin ərazisi ilə tranziti zamanı, yükün Azərbaycan Respublikasının ərazisinə çatdırılmasına nəzarət DGK-nin müəyyən eldiyi qaydada həyata keçirilir. Xarici dövlət orqanlarının və vəzifəli şəxslərinin mövcud qanunvericiliyinə zidd hərəkətləri nəticəsində bu dövlətin ərazisi ilə tranzit olunan yük özgəninkiləşdirilərsə dəmir yolu buna məsuliyyət daşımır
Müvəqqəti yük gömrük bəyannaməsi verilməklə malların gömrük rəsmiləşdirilməsi
Deklarant xüsusi səbəblərə görə YGB-ni verə bilmədiyi hallarda, onun tərəfindən müvəqqəti yük gömrük bəyannaməsinin (bundan sonra MYGB) təqdim edilməsinə icazə verilir.
Xüsusi səbəblər deyildikdə aşağıdakılar nəzərdə tutulur:
- YGB verildiyi vaxtda gömrük orqanına faktiki olaraq təqdim oluna biləcək formalaşdırılmış mal partiyasının olmaması;
- YGB verildiyi vaxtda malın miqdarını, keyfiyyətini və dəyərini müəyyən etmək qeyri-mümkün otduğu halda.
Deklarant tərəfindən MYGB, mallar üçün göndərilmə ayından əvvəlki ay ərzində, elektrik enerjisi üçün isə göndərilmə rübündən əvvəlki ay ərzındə gömrük orqanına verilməlidir. Bəyan edilmiş gömrük rejiminə uyğun, gömrük və valyuta nəzarətinin keçirilməsi və gömrük rəsmiləşdirilməsinin aparılması üçün MYGB ilə eyni zamanda Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş zəruri sənədlər və məlumatlar təqdim edilməlidir. Əsaslandırılmış hallarda, MYGB malın göndərildiyi ayda gömrük orqanına verilə bilər.