Məhsulların (xidmətlərin, işlərin) sertifikatlaşdırılması iki istiqamətdə məcburilik və könüllülük əsasında aparıla bilər.
– Məcburi sertifikatlaşdırma – xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların, proseslərin və xidmətlərin normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun təsdiqlənməsidir.
Məcburi sertifikatlaşdırma ətraf mühitin mühafizəsi, insanların həyatı, sağlamlığı və əmlakının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məhsullar və xidmətlər üçün həyata keçirilir. Qanunvericiliklə müəyyən edilən bu mallara qoyulan tələblərin bütün istehsalçılar tərəfindən yerinə yetirilməsi məcburi xarakter daşıyır.
– Könüllü sertifikatlaşdırma – istehsalçının (icraçının, satıcının, tədarükçünün), məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının (sifarişçinin) təşəbbüsü ilə könüllülük əsasında keçirilən sertifikatlaşdırmadır.
Könüllü sertifikatlaşdırma isə o hallarda aparılır ki, məhsullar, proseslər və xidmətlər üçün mövcud standartların və digər normativ sənədlərin tələblərinə riayət olunması dövlət tərəfindən nəzərdə tutulmamışdır. Könüllü sertifikatlaşdırma o məhsullar üçün aparılır ki, onlara məcburi təhlükəsizlik tələbləri şamil edilmir. Bununla yanaşı könüllü sertifikatlaşdırma etibarlılıq, estetik, erqonomik, qənaətcillik və s. göstəricilərin yoxlanması hesabına bazara keyfiyyətsiz malların çıxarılmasını məhdudlaşdırır. Bu zaman könüllü serifikatlaşdırma məcburi sertifikatlaşdırmanı əvəz etmir və onun nəticələri məhsulun buraxılmasını qadağan etmək üçün əsas deyildi