Sertifikatlaşdırma (latıncadan “sertifico” – təsdiq edirəm) – istehsalçıdan və istehlakçıdan asılı olmayaraq rəsmi orqan tərəfindən məhsulun qoyulmuş tələblərə uyğunluğunun yazılı şəkildə təsdiqi prosedurudur.
Uyğunluq sertifikatı – obyektin texniki reqlamentlərə, standartların və qaydaların müddəalarına, müqavilə şərtlərinə cavab verib vermədiyini şəhadət edən sənəddir.
Sertifikatlaşdırma dedikdə həm də sertifikatın alınması prosesi nəzərdə tutulur.
Sertifikatlaşdırma obyekləri bunlardır:
məhsullar;
xidmətlər;
idarəçilik sistemləri;
personal.
Məhsulların sertifikatlaşdırılması qaydaları Nazirlər Kabinetinin 343 saylı qərarı ilə tənzimlənir.
Məhsulların sertifikatlaşdırılması zamanı tələb kimi aşağıdakılar çıxış edə bilər:
Azərbaycan Respublikasının qanunvericilik aktları;
Dövlət standartları (həmçinin Azərbaycan Respublikasında tanınmış dövlətlər arası və beynəlxalq standartlar), sanitar normalar və qaydalar, tikinti normaları və qaydaları, təhlükəsizlik normaları və Azərbaycan Respublikasının qanunvericiliyinə görə məhsula dair mütləq tələblər irəli sürən digər sənədlər.