E-mail: info@certus.az

Ünvan

AZ1029, Bakı, Ə.Qayıbov 1222/22

Gömrük daşıyıcısı anlayışı və hüquqi statusu

Gömrük daşıyıcısı anlayışı və hüquqi statusu

Gömrük daşıyıcısı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq yaradılan, Dövlət Gömrük Komitəsi tərəfindən gömrük nəzarəti altındakı yüklərin daşınması üçün lisenziya verilmiş hüquqi şəxsdir. Qeyd etmək lazımdır ki, o malları gömrük müşayiəti olmadan və gömrük ödənişləri ödəmədən daşıyır.

Gömrük daşıyıcısından istifadə həm könüllü, həm də məcburi ola bilər, Gömrük daşıyıcısından könüllü istifadə o zaman olur ki, marağı olan şəxs gömrük daşıyıcısının xidmətindən gömrük orqanım xəbərdar etməklə şəxsi təşəbbüsü əsasında istifadə etsin.

Gömrük orqanının vəzifəli şəxsi daşınan malların xarakteri və statusu barədə məlumata əsaslanaraq  gömrük qanunvericiliyinin pozulmasının mümkünlüyünü güman etdikdə, daşınmanın spesifikasını nəzərə alaraq gömrük rəsmiləşdirilməsi mərhələsində həmin malların gömrük daşıyıcısı tərəfindən daşınması barədə qərar qəbul edə bilər. Belə daşınma məcburi xarakter daşıyır, çünki mal üzərində sərəncam vermək hüququ olan şəxs gömrük orqanının qəbul etdiyi qərara etinasız qala bilməz.

Gömrük orqanının gömrük daşıyıcısından istifadə edilməsi barədə qərarı həm daşıyıcı, həm mal göndərən və mal alan, həm də gömrük daşıyıcısının özü üçün məcburidir. Belə qərar adi daşıyıcının, mal göndərən va malalanın tərəfindən gömrük daşıyıcısının istifadəsi ilə meydana çıxmış xərclərinin ödənməsi üçün əsas ola bilər.

Aşağıdakı mallar barədə gömrük orqanı, hətta gömrük Ödənişlərinin ödənməsinin təminatı olduqda belə, gömrük daşıyıcısından istifadə edilməsi üçün qərar verə bilər:

  • Azərbaycan Respublikası ərazisinə gətirilməsi və ölkədən çıxarılması qadağan olunmuş mallar (gömrük orqanları arasında daşınması zərurəti yarandıqda);
  • Lisenziyalaşdırılmalı, sertifikatlaşdırılmalı və digər orqanların nəzarətinə cəlb edilməli (əgər belə nəzarət heyata keçirilməmişsə) mallar.

Əvvəlki Yazı: Gömrük broker və gömrük daşıyıcısı Növbəti Yazı: Bəyanetmə
certus