E-mail: info@certus.az

Ünvan

AZ1029, Bakı, Ə.Qayıbov 1222/22

Gömrük broker və gömrük daşıyıcısı

Gömrük broker və gömrük daşıyıcısı

Bazar iqtisadiyyatına keçid dövrünün müasir mərhələsində peşəkar vasitəçilik fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin maraq göstərdiyi sahələrdən biri də gömrük işi sahəsində özünəməxsus yer tutan gömrük brokeri peşəsidir. Mövcud qanunvericiliyə uyğun olaraq yaradılmış və DGK-dən lisenziya almış hüquqi şəxslər gömrük brokeri ola bilərlər.

Gömrük brokeri ilə onun təmsil etdiyi şəxs arasındakı qarşılıqlı münasibətləp, notarius tərəfindən təsdiq edilmiş müqavilə ilə tənzimlənir.Belə müqavilələr ikitərəfli olub, konsensual müqavilə növünə aid edilir və ödəniş xarakterlidir.

Broker xidməti üzrə müqaviləyə görə gömrük brokeri təmsil etdiyi şəxsin tapşırığı və onun hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə istənilən əməliyyatı və digər vasitəçilik əməliyyatları apara bilər.

Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi əməliyyatları zamanı, o, malların əsil sahibi qədər onun vəzifələrini yerinə yetirir və məsuliyyət daşıyır.

Nəzərə alaq ki, gömıük brokeri təmsil etdiyi şəxsin tapşırığını yerinə yetirərkən təmsilçinin deyil, öz adından çıxış edir, bu halda broker xidməti göstərilməsi barədə müqavilədən doğan üç növ hüquqi münasibətlərin şahidi olmuş oluruq:

  • gömrük brokeri ilə təmsil etdiyi şəxs arasında;
  • gömrük brokeri ilə üçüncü şəxslər arasında;
  • təmsil olunan şəxslə üçüncü şəxslər arasında (məsələn, broker lisenziyasının fəaliyyəti dayandırıldıqda).

Əvvəlki Yazı: Tranzit yüklərin gömrük rəsmiləşdirilməsi qaydası Növbəti Yazı: Gömrük daşıyıcısı anlayışı və hüquqi statusu
certus